Pezeşkian onlarla görüşdü

pezeskian-onlarla-gorusdu
Oxunma sayı: 387

İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən iqtisadi çətinliklər və siyasi gərginlik fonunda ictimai fəallar, həmçinin müxtəlif müxalif qrupların nümayəndələri ilə mühüm görüş keçirib.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı vətəndaşların sosial-iqtisadi rifahı və onları narahat edən fundamental məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident Pezeşkian ölkənin üzləşdiyi iqtisadi böhranın aradan qaldırılması üçün hökumətin atdığı addımlardan bəhs edərək, daxili birliyin və dialoqun vacibliyini vurğulayıb.

Nəşr yazır ki, görüşün əsas müzakirə mövzularından biri də İran və ABŞ arasında bərpa olunan nüvə danışıqları olub.