“Poker”ə imza atan Qordon oyunun ən yaxşısı seçildi

pokere-imza-atan-qordon-oyunun-en-yaxsisi-secildi
Oxunma sayı: 288

Bakıda keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Qarabağ”ın qapısına 4 dəfə yol tapan Entoni Qordon oyunun ən yaxşısı seçilib.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə ingiltərəli hücumçu tarixi bir performans nümayiş etdirib.

İlk hissədə “poker” edən (3, 32, 33 və 45+1-ci dəqiqələrdə) 25 yaşlı futbolçu UEFA-nın texniki müşahidəçiləri tərəfindən matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Qordon cəmi 45 dəqiqə ərzində oyunu təkbaşına həll edərək “Nyukasl”ın 6:1 hesablı darmadağınına ən böyük töhfəni verib.