Xaçmazda itkin düşən qız Gəncədə tapıldı - Yenilənib-Foto

xacmazda-itkin-dusen-qiz-gencede-tapildi
Oxunma sayı: 18419

Xaçmazda 7-ci sinif şagirdi itkin düşüb.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər 08:30 radələrində repetitor yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

Məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb. Araşdırma aparılır.