PSJ 80 milyon avroluq transfer etdi

psj-80-milyon-avroluq-transfer-etdi
Oxunma sayı: 2468

Fransanın PSJ klubu Qonçalo Ramosun transfer hüququna yiyələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paris təmsilçisi 22 yaşlı forvard üçün Lissabon təmsilçisinə 65+15 milyon avro ödəyəcək.

Müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Q. Ramos PSJ-nin heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.