Putinin andiçmə mərasiminin tarixi məlum oldu

putinin-andicme-merasiminin-tarixi-melum-oldu
Oxunma sayı: 2581

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas açıqlayıb. 

Onun sözlərinə görə, tədbirdən bir gün əvvəl senatorlar PCR-testdən keçəcəklər. 

Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28% səslə qalib gələrək beşinci dəfə Rusiya prezidenti seçilib.