Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqu bərpa etmək niyyətində olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Makron “France 2” telekanalına verdiyi müsahibəsində bildirib.
Fransa lideri qeyd edib ki, tərəflər arasında əlaqə hazırda bərpa olunur və hər şey qısa müddətdə təşkil edilməlidir: “Görüş yaxın həftələrdə baş tutmalıdır. Bu dialoq mümkün qədər tez reallaşmalıdır”.
Xatırladaq ki, yanvarın 6-da Parisdə Makron, Böyük Britaniyanın Baş naziri Starmer, NATO-nun baş katibi Mark Rutte və digər müttəfiqlərin iştirakı ilə “könüllülər koalisiyası”nın zirvə görüşü keçirilib. Sammit çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər