Qara dənizdə “Royad Mammadov” gəmisində yanğın, 2 ölü, 11 yaralı - Video

qara-denizde-royad-mammadov-gemisinde-yangin-2-olu-11-yarali
Oxunma sayı: 587

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda taxıl daşıyan yük gəmisində yanğın baş verib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hadisə Türkiyə bayrağı altında üzən “Royad Mammadov” adlı gəmidə qeydə alınıb.

İlkin məlumata görə, gəmi dron hücumuna məruz qaldıqdan sonra yanıb. 

İnsident zamanı 2 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb. 

Bununla belə, Rumıniya rəhbərliyi gəminin dron hücumuna məruz qalmasını rəsmi olaraq təsdiq etməyib.