“Qarabağ” 2025-ci ildə ilk oyununu bu komandaya qarşı keçirəcək

qarabag-2025-ci-ilde-ilk-oyununu-bu-komandaya-qarsi-kecirecek
Oxunma sayı: 3954

“Qarabağ”ın 2025-ci ildə keçirəcəyi ilk oyunun vaxtı və yeri müəyyənləşib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 9-da ilk yoxlama görüşünə çıxacaq.

Qurban Qurbanov yetirmələrini “Kəpəz” önündə sınayacaq. Saat 14:00-da başlayacaq qarşılaşma “Azərsun Arena”da reallaşacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yanvarın 19-da start veriləcək.