“Qarabağ”ın 2-ci mərhələdəki və Konfrans Liqasındakı rəqibi bəlli oldu - Yenilənib

qarabagin-2-ci-merheledeki-ve-konfrans-liqasindaki-reqibi-belli-oldu
Oxunma sayı: 3838

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, artıq Ağdam klubunun potensial rəqibləri də bəllidir. 

“Qarabağ” 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını mübarizədən kənarlaşdırsa, 2-ci mərhələdə “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

***

“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsində ÇSKA (Sofiya) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 

***

“Qarabağ” Avropa Liqasının ilk təsnifat mərhələsində uduzarsa, Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üzləşəcək.