Mbappe millidə bombardir oldu - Jirunun rekordunu qırdı

mbappe-millide-bombardir-oldu
Oxunma sayı: 287

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Seneqala qarşı keçirilən matçda dubl edərək rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Cersidəki “MetLife” stadionunda baş tutan qarşılaşmada fransızlar 3:1 hesabı ilə qələbə qazanıblar.

Matçda hesabı açan və komandasının sonuncu qolunu vuran Mbappe millidəki ümumi qol sayını 58-ə çatdırıb. Bununla da o, əvvəlki rekordçu Olivye Jirunu (57 qol) geridə qoyaraq təkbaşına Fransa yığmasının tarixində ən yaxşı bombardir olub.

Bundan əlavə, “Real Madrid”in forvardı ardıcıl üçüncü dünya çempionatında qol vurmağı bacarıb. Onun mundialların final mərhələsindəki ümumi qol sayı 14-ə yüksəlib. O, bu göstərici ilə əfsanəvi həmyerlisi Jüst Fonten və almaniyalı Gerd Mülleri geridə qoyub. Hazırda dünya çempionatları tarixində Mbappedən çox yalnız braziliyalı Ronaldo (15) və almaniyalı Miroslav Kloze (16) qol vurub. Mbappe və turnirdə sonuncu dəfə çıxış edən Lionel Messinin isə bu rekordları yeniləmək şansı var.

Qeyd edək ki, Seneqal üzərində qələbədən sonra Fransa millisi I qrupunda turnir cədvəlinə başçılıq edir. “Üçrənglilər” növbəti oyunlarını iyunun 23-də İraq, iyunun 26-da isə Norveç yığmasına qarşı keçirəcəklər.