Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

emekdar-medeniyyet-iscisi-agir-qezaya-dusdu
Oxunma sayı: 1504

Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşfiq və Şota Rustaveli küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, M. Cəfərovanın idarə etdiyi “Jetour” markalı avtomobil Habil Əbdürrəhmanovun “Prius” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir.

Faktla bağlı araşdırna başlanılıb.

Yunis Quliyev