“Qarabağ”ın ikinci təsnifatda rəqibi onlar olacaq

qarabagin-ikinci-tesnifatda-reqibi-onlar-olacaq
Oxunma sayı: 539

“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

“Qafqazifo” xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın SSKA (Sofiya) klubu İrlandiya təmsilçisi “Derri Siti”yə səfərdə 2:1 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub. 

Beləliklə, “Qarabağ” İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində SSKA (Sofiya) ilə üz-üzə gələcək.

“Qarabağ” mərhələ adlasa, ilk oyunu iyulun 23-də Bakıda keçirəcək.