“Qarabağ”ın “Nyukasl”la oyunlar üçün iştirak ərizəsi açıqlandı

qarabagin-nyukaslla-oyunlar-ucun-istirak-erizesi-aciqlandi
Oxunma sayı: 903

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən siyahıdan çıxarılan yarımmüdafiəçi Kadi Borgesin adı yenidən sifariş vərəqinə daxil edilib.

Braziliyalı futbolçu iştirak ərizəsində Kris Kuakunu əvəzləyib.

Qapıçılar: 89.Amin Ramazanov, 97.Fabian Buntiç, 99.Mateuş Koxalski;

Müdafiəçilər: 2.Mateus Silva, 3.Sami Mmae, 13.Bəhlul Mustafazadə, 18.Dani Bolt, 30.Abbas Hüseynov, 44.Elvin Cəfərquliyev, 55.Bədavi Hüseynov, 81.Kevin Medina;

Yarımmüdafiəçilər: 8.Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20.Kadi Borges, 21.Aleksey Kaşuk, 27.Toral Bayramov, 32.Hikmət Cəbrayılzadə, 35.Pedro Bikalyo, 9.Joni Montiel;

Hücumçular: 11.Ammanuel Addai, 22.Musa Qurbanlı, 17.Kamilo Duran, 7.Nəriman Axundzadə.

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-ü Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə fevralın 25-i saat 00:00-da) başlanacaq.