“Qarabağ”ın oyununda VAR sistemi düzəldi - Yenilənib

qarabagin-oyununda-var-sistemi-duzeldi
Oxunma sayı: 992

Azərbaycan Kubokunun 1/4 final oyununun ilk görüşləri çərçivəsində keçirilən “Şamaxı” – “Qarabağ” matçında daha bir problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, matçda VAR sistemi sıradan çıxıb.

Baş hakim Kamranbəy Rəhimov komandalara bildirib ki, VAR işləmir və heç bir epizodda monitora getməyi tələb etməsinlər.

Xatırladaq ki, matç dumanlı hava şəraitində keçirilir və bu, komandalar üçün çətinlik yaradıb.

Qeyd edək ki, hazırda matç 2:0 hesabı ilə davam edir.

***

VAR sisteminin fəaliyyəti bərpa olunub.