“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” azarkeşiyəm” - Dünya çempionumuz

qarabagin-ugurlarina-sevinirem-amma-neftci-azarkesiyem
Oxunma sayı: 1371

Yunan-Roma güləşi üzrə üçqat dünya, ikiqat Avropa çempionu Eldəniz Əzizli futbolla bağlı fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində futbola olan marağı barədə danışıb. 

32 yaşlı güləşçi “Qarabağ”ın uğurlarına çox sevindiyini desə də, “Neftçi”nin onun üçün daha əziz olduğunu söyləyib.

O, həmçinin ilk beynəlxalq yarışa dayısı Şahin Diniyevin pulu ilə getdiyini də deyib: “Dayım futbolçu olmağımı istəyirdi. Amma güləşi seçdim”.

Dünya çempionu Azərbaycan çempionatının səviyyəsinin aşağı olduğunu bildirib: “Futbolçu olsaydım, mütləq xarici ölkələrin birində çıxış edərdim. Bu gün Azərbaycan çempionatının səviyyəsi yaxşı deyil”.

“Güləşi seçməsəm, futbolu seçərdim” - deyə E.Əzizli vurğulayıb.