Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Sabah” da potensial rəqibini tanıyacaq.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “Sabah”ın potensial rəqibi bəlli olacaq. Ölkə çempionu növbəti rəqibi görmək üçün öncə 3-cü təsnifat mərhələsində Danimarka “Orhus”unu keçməlidir. Təmsilçimiz burda uduzacağı halda Avropa Liqasının pley-offuna enəcək ki, həmin mərhələdəki rəqiblər də bu gün bəlli olacaq.
Bu gün “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Saat 16:00-da başlayan mərasimdə ağdamlıların Konfrans Liqasının pley-offundakı mümkün rəqiblərinin adına aydınlıq gələcək. Həmin rəqibi görmək üçün Ağdam klubu 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) sıradan çıxartmalıdır.
“Sabah”ın potensial rəqibləri
“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi
“Seltik” (Şotlandiya)
“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
AEK (Afina, Yunanıstan)
“Qarabağ”ın potensial rəqibləri
“Hetafe” (İspaniya)
“Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi
“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi
Avroliqanın “Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Sofiya, Bolqarıstan) cütünün məğlub
Son xəbərlər
Son Xəbərlər