Qaradağda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi - Fotolar

qaradagda-qis-movsumune-hazirliqla-bagli-musavire-kecirildi
Oxunma sayı: 1331

20 noyabrda Qaradağ Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıq məsələlərinə dair rəhbər şəxslərin, təsərrüfat xidmətlərinin, səhiyyə və təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, noyabrın 15-dən ölkədə istilik mövsümü başlayıb və rayonda fəaliyyət göstərən kommunal xidmət strukturları bu mövsümə tam hazır olmalıdırlar.

Qeyd edilib ki, müvafiq qurumlar qış aylarında yarana biləcək problemləri dərhal və operativ şəkildə həll etməlidir.

Süleyman Mikayılov müşavirədə çatışmazlıqların aradan qaldırılması, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verib.