Avtomobil qayadan aşdı - Bir ailənin 3 üzvü xəsarət aldı

avtomobil-qayadan-asdi
Oxunma sayı: 2355

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.

Hadisə zamanı bir ailənin 3 üzvü - sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov