Qaxda ağır qəza, sürücü öldü

qaxda-agir-qeza-surucu-oldu
Oxunma sayı: 668

Dekabrın 30-u saat 01 radələrində Qax rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.