Qaxda qəza - 2 nəfər xəsarət aldı

qaxda-qeza
Oxunma sayı: 344

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qax-Qıpçaq-Kötüklü avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Qaysarlı kənd sakini Faiq İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü F. İbrahimov və avtomobildə olan həyat yoldaşı Xanım İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov