“Qəbələ” “Turan Tovuz”a da məğlub oldu

qebele-turan-tovuza-da-meglub-oldu
Oxunma sayı: 1616

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Daha öncə “Sumqayıt”la “Zirə”nin oyununda qapılara qol vurulmayıb – 0:0. Tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
30-cu tur
13 aprel

“Qəbələ” – “Turan Tovuz” 1:2 
Qollar: Əyyub Allaş, 49 (1:0), Aleks Souza, 81 (1:1), Belaydi Pusi, 90+5
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu, 16:30