“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

qebele-turan-tovuza-neftci-araz-naxcivana-qarsi
Oxunma sayı: 1379

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

“Qəbələ” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.

“Neftçi” isə “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Daha öncə “Sumqayıt”la “Zirə”nin oyununda qapılara qol vurulmayıb – 0:0. Tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
30-cu tur
13 aprel

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu, 16:30
 
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
“Neftçi Arena”, 19:00