“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

qebeleni-mubarizeden-kenarlasdirdilar-avropanin-en-guclusu-oldular
Oxunma sayı: 1429

Yunanıstanın ”Olimpiakos” klubu UEFA Gənclər Liqasının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyanın “Milan” kollektivini 3:0 hesabı ilə məğlub edib.

Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.

Matç İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.

Xatırladaq ki, “Olimpiakos” Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində Azərbaycan çempionu “Qəbələ” ilə qarşılaşmış və hər iki oyunda darmadağına sevinmişdi. Yunanlar təmsilçimizi səfərdə 3:0, öz meydanlarında 4:0 hesabıyla yenmişdilər.