Qələbəni belə qeyd etdi - Foto

qelebeni-bele-qeyd-etdi
Oxunma sayı: 1731

Norveç millisi 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin son turunda Seneqalı 3:2 hesabı ilə məğlub edərək, 1998-ci ildən bəri ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, qələbədən sonra isə matçın ən yaddaqalan anlarından biri meydanda deyil, tribunada yaşanıb.

Final fitindən dərhal sonra Norveçin baş məşqçisi Stole Solbakken sevincini ilk olaraq həyat yoldaşı Annike ilə bölüşmək qərarına gəlib. 58 yaşlı mütəxəssis tribunaya qaçaraq izdihamın arasından keçib və həyat yoldaşını qucaqlayaraq öpüb.

Cütlüyün emosional anları tribunadakı azarkeşlərin alqışları ilə qarşılanıb. Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər bunu DÇ-nin ən romantik anlarından biri adlandırıblar.

Daha sonra Solbakken meydana qayıdaraq futbolçularla birlikdə qələbəni qeyd edib və komandanın ənənəvi “vikinq” sevincinə qoşulub.

Qeyd edək ki, oyunda Norveçin qollarını Markus Holmqren Pedersen və Erlinq Haaland (Dubl edib – red.) vurublar. Seneqalın heyətində isə İsmaila Sarr dublla yadda qalıb. Qarşılaşma 3:2 hesabı ilə başa çatıb.

Bu nəticə ilə Norveç qrupda ikinci pilləyə yüksələrək 28 ildən sonra DÇ-nin pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.