Qətər azərbaycanlı turistlər üçün daha əlçatan oldu - Fotolar

qeter-azerbaycanli-turistler-ucun-daha-elcatan-oldu
Oxunma sayı: 3277

Qətər gözəl qumsal çimərlikləri, dəbdəbəli hotelləri, geniş şoppinq imkanı və sıx tədbirlər təqvimi ilə yeni, lakin şübhəsiz ki, diqqətəlayiq bir turizm istiqamətidir.

Bu istiqamət əla çimərlik istirahəti və əyləncə infrastrukturu sayəsində ailələri və gəncləri cəlb edir. Bu məqalədə sizə Qətərdə nələri görə biləcəyiniz və nə edə biləcəyiniz, hətta qısa tətil müddətində belə bu ölkənin hansı heyrətamiz cəhətlərini kəşf edə biləcəyiniz və bu səfərdən hansı xatirələrlə qayıdacağınız barədə söhbət açacağıq.

Əvvəlcədən qeyd edək ki, Qətər dünyanın 10 ən təhlükəsiz ölkəsindən biridir və Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etməsi üçün viza tələb olunmur. Ölkələr arasında viza rejimi 2021-ci ilin dekabrında ləğv edilib və bu, səyahətçilərə həm sərbəst hərəkət etməyə, həm də viza alınması ilə bağlı çətinlikləri aradan qaldırmağa imkan verib. Bundan əlavə, 10 dekabr 2023-cü il tarixində “Kazunion Touroperator Azerbaijan by Rustar” şirkəti ilə AZAL arasında əməkdaşlıq çərçivəsində Bakıdan Dohaya birbaşa reys açılıb ki, bu da turistlər üçün əhəmiyyətli üstünlüklər yaradır, maksimum rahatlığı təmin edir və vaxta qənaət etməyə imkan verir.

Qətər istənilən növ səyahətçilərə sərfəli qiymətlərlə fərqli təəssüratlar yaşamağa imkanı verir. Bu, “Rustar” şirkətlər qrupuna daxil olan “Kazunion” turoperatoru sayəsində mümkün olub. 2009-cu ildən turizm bazarında yer alan “Kazunion” BƏƏ, Qətər, Azərbaycan, Gürcüstan, Maldiv adaları, Antalya, İstanbul, Seyşel adaları və Qazaxıstanda fəaliyyət göstərən aparıcı şirkətdir.

“Kazunion Touroperator Azerbaijan by Rustar” şirkətinin 2023-cü ilin may ayında Bakıda açılan baş ofisi ölkə xaricində də fəal iş aparır. Şirkətin Qazaxıstan, Özbəkistan, Rusiya və Qırğızıstanda nümayəndəlikləri fəaliyyət göstərir. Yuxarıda qeyd edildiyi kimi dekabr ayının əvvəlində AZAL-ın Qətərə ilk çarter reysi baş tutdu. Bu ölkəyə səyahət aviabilet, hotel, səhər yeməyi, qrup transferi və sığorta daxil olmaqla, 548 AZN-dən başlayan inanılmaz sərfəli qiymətlərlə (qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub) təklif olunur. Qətərə sizi maraqlandıran tur paketlərini Bakının istənilən turizm agentliyindən əldə edə bilərsiniz.

İndi isə gəlin Qətərin turizm imkanları ilə tanış olaq. Başlayaq Dohanın gözəl qumsal çimərliklərindən - dəbdəbəli hotellərin təmiz və səliqəli çimərlikləri ailəvi istirahət üçün geniş xidmətlər təklif edir. Hotellərin fərqləndirici xüsusiyyəti burada yüksək səviyyəli xidmət, ləziz təamların təklif olunduğu restoranlar, üzgüçülük hovuzları, SPA və fitnes klubları kimi dəbdəbənin sərfəli qiymətlərlə əlçatan olmasındadır.

Səliqəli hovuzları olan və yüksək səviyyəli xidmət göstərilən çoxsaylı çimərlik klublarını da xüsusilə qeyd etmək lazımdır. Burada sizi təkcə dəbdəbəli şərait və rahat atmosfer deyil, həm də maraqlı su idman növlərindən tutmuş hərarətli DJ musiqisinə qədər ailəvi istirahət üçün çoxsaylı əyləncə növləri gözləyir.

Qətər əyləncəli ailəvi istirahət üçün ideal ölkədir. Dohadakı hotellər uşaqlar üçün lazım olan hər şeyi təmin edir: uşaq klubları, oyun meydançaları, üzgüçülük hovuzları və müxtəlif öyrədici oyunlar. Uşaqlar üçün əyləncə məkanları təkcə hotellərin daxili ilə məhdudlaşmır. Dünyada ilk “Angry Birds World” əyləncə parkı, “Snow Dunes” qapalı qar parkı, yeni açılmış “Meryal Waterpark” - çoxsaylı maraqlı attraksionların olduğu Qətərin ən böyük su parkı uşaqlar üçün bol əyləncə vəd edir.

Bundan başqa, Dohada turistləri Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında, səhranın qızılı qumları arasında yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət möcüzəsi - unikal Khor Al Adaid “daxili dəniz”i və hündür səhra təpələri ilə maraqlı cip turları cəlb edir. Ölkənin kiçik olması 1,5 saatdan çox olmayan məsafədə ekskursiyalar təşkil etməyə imkan verir ki, bu da yorucu olmamaqla yanaşı, həm də uşaqlı ailələr üçün idealdır.

Qətər dedikdə gözümüzün önündə təkcə istirahət deyil, həm zəngin tarixə malik ölkə canlanır. Dövrümüzün dahi memarı Yu Min Peyin layihələndirdiyi İslam İncəsənəti Muzeyi dünyanın müxtəlif yerlərindən eksponatların kolleksiyasını təqdim edir. Qətərdə belə muzeylərin sayı az deyil, bu isə təkcə gözəl memarlıq nümunələrindən deyil, həm də mədəni irsin zənginliyindən həzz almağa imkan yaradır.

Qətərdə tətil planlaşdırarkən, bu keçiddən istifadə etməklə qarşıdan gələn tədbirlərin təqvimi ilə tanış olmağı unutmayın - məsələn, yanvarın 1-dən yanvarın 22-dək Qətərdə ölkənin ən böyük alış-veriş festivalı keçiriləcək. Bir neçə ticarət mərkəzini əhatə edəcək festival çərçivəsində ziyarətçilər həm cəlbedici endirimlərdən yararlanacaq, həm də əyləncə proqramından zövq almaq və hər həftə keçiriləcək uduşlu müsabiqələrdə iştirak etmək imkanı əldə edəcəklər. Fevralın 1-dən 11-dək isə qonaqlar Qətər Beynəlxalq Ərəb Atları Festivalı (KIAHF) çərçivəsində keçiriləcək at yarışlarına tamaşa edə biləcəklər. Fevralın 5-dən 10-dək turistlər “Doha Jewellery and Watches Exhibition” sərgisini ziyarət etmək imkanı qazanacaqlar. Sayca 20-ci yubiley sərgisində dünyanın hər yerindən eksklüziv zinət əşyaları nümayiş etdiriləcək.

Gördüyünüz kimi, istər tarix, istər memarlıq şedevrləri, istər müxtəlif muzeylər, istərsə də səhrada maraqlı sərgüzəştlər, bir sözlə, Qətərdə hər bir turist özünə uyğun nəsə tapacaq.

Qətərə səfərinizin heyrətamiz təəsüratlar və unudulmaz anlarla yadda qalmasını arzu edirik!