İtaliyanın Milan şəhərində 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir San Siro stadionunda baş tutub.
Mərasim zamanı ölkələrin idmançılarının paradı olub. Azərbaycan yığmasının üzvləri də arenaya daxil olublar.
Azərbaycan millisinin bayraqdarları fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma olub.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək keçiriləcək. Tarixdə ilk dəfə olaraq yarış iki şəhərdə keçiriləcək: Milan və Kortina d'Ampezzo.
Oyunların proqramına 16 idman növü üzrə yarışlar daxildir. Yarışlarda 92 ölkədən 2900-dən çox idmançı mübarizə aparacaq.



Son xəbərlər
Son Xəbərlər