Qızıl və gümüş medal alan məktəblilərin sayı açıqlandı

qizil-ve-gumus-medal-alan-mekteblilerin-sayi-aciqlandi
Oxunma sayı: 605

2025-ci ildə Bakı məktəblərinin 52 məzunu qızıl və gümüş nişana layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.