Füzuli rayonunda doğma qızına qarşı zorakılıq hərəkətləri etmiş 1987-ci il təvəllüdlü Famil Ramilova (adlar və soyad şərtidir) hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 39 yaşlı kişi Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Famil 2023-2025-ci illərdə 2009-cu il təvəllüdlü qızı Cəmiləyə qarşı mütəmadi zorakılıq əməlləri törədib. Onu döyərək xəsarətlər yetirib, həmçinin dəfələrlə seksual xarakterli zorakılıq əməlləri törədib.
Məhkəmənin hökmü ilə F.Ramilova 15 il həbs cəzası verilib.
Son xəbərlər
Son Xəbərlər