“Quba Palace Hotel”dən payız fürsəti - 119 AZN-dən başlayan 2 nəfərlik nömrələr - Fotolar

quba-palace-hotelden-payiz-furseti
Oxunma sayı: 7342

Sentyabrda “Quba Palace Hotel”in bütün qonaqları hotelin əlverişli payız təklifindən yararlana biləcəklər.

“Qafqazinfo” bildirir ki, dəbdəbəli beşulduzlu “Quba Palace Hotel” Azərbaycanın ən mənzərəli bölgələrindən birində – Qubada yerləşir. Dağların arasında, meşələrlə əhatə olunmuş, gözəl təbiətin qoynunda yerləşən hotel misilsiz istirahət ab-havası yaradır, qonaqlara unudulmaz təəssüratlar bəxş edir və onlara gözəl əyləncə vəd edir.

Sentyabrda “Quba Palace Hotel” öz qonaqlarını sevindirəcək payız kampaniyasının başladığını elan edir. Payızın ilk ayı – sərfəli təklifdən istifadə edərək bu dəbdəbəli hoteldə keçirə biləcəyiniz ən yaxşı istirahət vaxtıdır.

Sentyabrda payız kampaniyası çərçivəsində “Quba Palace Hotel”də 119 AZN-dən başlayan iki nəfərlik nömrələr sifariş edə bilərsiniz. Qiymətə ləzzətli səhər yeməyi, həmçinin türk hamamı, buxar otağı, SPA və hotelin ərazisində yerləşən çoxsaylı oyun meydançalarından istifadə daxildir.

Gölə və dağlara açılan inanılmaz dərəcədə gözəl mənzərəsi olan fərqli kateqoriyalı 550 çarpayı, restoranlar və barlar, misilsiz qolf meydançası, SPA, əyləncə mərkəzi və bir çox xidmətlər – Qubadakı beşulduzlu hoteldə qonaqları gözləyən məhz budur.

Sentyabrda bu sərfəli təklifdən faydalana biləcəksiniz. Buna görə də indidən payızın ilk ayında istirahətinizi “Quba Palace Hotel”də planlaşdırın. Burada şəhərin səs-küyündən uzaqda gözəl istirahətdən və yüksək səviyyəli peşəkar xidmətdən zövq ala bilərsiniz. Bütün bunlar hoteldə keçirdiyiniz istirahətinizi unudulmaz və müsbət təəssüratlara qərq edəcək.

Elə indi hoteldə nömrə bron edərək, sərfəli payız kampaniyası çərçivəsində “Quba Palace Hotel”də xoş istirahət etmək şansından yararlanın!

Rəsmi sayt - www.qubapalace.com

Facebook - https://www.facebook.com/qubapalacehotel

Instagram - https://www.instagram.com/qubapalacehotel

Telegram@qubapalacehotel

Əlaqə nömrələri: (+99412) 404- 34-34, (+99450) 281-81-50.