“Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Şamaxı” ilə matçda komandasının ilk qolunun müəllifi olub.
“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun oğlu çempionat, Azərbaycan Kuboku və Çempionlar Liqası daxil olmaqla 13 oyundan sonra fərqlənib.
O, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Şamaxı” ilə görüşün 79-cu dəqiqəsində fərlqənib.
Qeyd edək ki, M.Qurbanlı sonuncu dəfə Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ” ilə görüşün 90+3-cü dəqiqəsində qol vurmuşdu.
Son xəbərlər
Son Xəbərlər