“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda “Neftçi” ilə matçın təxirə salınması ilə bağlı suala cavab verib.
“Qafqazinfo” xəbər verir ki, o, matçın təxirə salınması ilə bağlı Ağdam klubuna qarşı sosial şəbəkələrdə olan aqressiyadan danışıb:
“Hamımız azərbaycanlıyıq və bu proseslər dünya futbolunda baş verir. Hansısa komandanın üzərin çox gedirlər, rəqib komanda mövzu açır onun üzərində danışırlar. Normal bir şeydir. İntriqa elə bu cür böyüyür. Amma mən inanmıram ki, bizə qarşı hansısa səhv nə isə olsun. Normal qarşılayırıq. Uğuru olan komandaya qarşı bu cür mövzular olur. Mən Qurban olaraq bunu normal qəbul edirəm. Amma böyük futbola hörmətlə yanaşmaq lazımdır. Bəzi qərarlar var ki, bu dərəcədə olmalı deyil, indiki dövrdə, ümumiyyətlə…Azərbaycanı dünyada hamı tanıyır, dəyərləndirir. Sosial şəbəkələrdə olanlara önəm verməyək”.
Son xəbərlər
Son Xəbərlər