Ramin Məmmədov deputat mandatından məhrum edildi

ramin-memmedov-deputat-mandatindan-mehrum-edildi
Oxunma sayı: 6211

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. 

Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli Sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. R. Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Zaur Mirzə