ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişəyə son qoyacaq bir sülh sazişi əldə olunacağı təqdirdə şəxsən Pakistana gedə biləcəyini bəyan edib.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp danışıqların növbəti mərhələsinin bu həftəsonu İslamabadda keçirilə biləcəyini istisna etməyib.
“Əgər İslamabadda razılaşma əldə olunarsa, gedə bilərəm”, – deyə prezident vurğulayıb.
Xatırladaq ki, aprelin 11-də Pakistanın vasitəçiliyi ilə keçirilən ilk raundda ABŞ nümayəndə heyətinə vitse-prezident C.D. Vens rəhbərlik etmişdi. Həmin görüşdə Hörmüz boğazının açılması, nüvə proqramı və sanksiyaların ləğvi müzakirə olunsa da, Tehran Vaşinqtonun “qırmızı xətləri” ilə razılaşmadığı üçün tərəflər ortaq məxrəcə gələ bilməmişdilər.
Həmin uğursuzluqdan dərhal sonra Tramp Hörmüz boğazına dəniz blokadası tətbiq edildiyini elan edib. Qlobal neft ixracının 30 faizə qədərinin keçdiyi bu strateji arteriyanın bağlanması dünya bazarında neftin qiymətini barel üçün 100 dollardan yuxarı qaldırıb.
Son xəbərlər
Son Xəbərlər