Böyük Britaniyada “Mayor palıd” ağacı - folklorda 13-cü əsrin əfsanəvi qulduru Robin Qudun sığındığı min illik palıd ağacı bu il göyərməyib.
“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, bu barədə təbiət qoruğunu idarə edən Kral Quşların Mühafizəsi Cəmiyyəti (RSPB) məlumat yayıb.
Sözügedən bitki Nottingem yaxınlığındakı Şervud meşəsində 1200 yaşı olan ağacdır.
Avropanın ən qədim və ən böyük ağaclarından biri olan qədim “Mayor palıd” bir neçə quru və isti yaydan sonra yarpaqları cücərə bilmədiyi üçün məhv olub.


Son xəbərlər
Son Xəbərlər