Rusiya Qazaxıstanla 20 mühüm saziş imzalayacaq

rusiya-qazaxistanla-20-muhum-sazis-imzalayacaq
Oxunma sayı: 917

Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri zamanı ölkələr arasında 20 saziş imzalanacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev rusiyalı həmkarı ilə görüşündə deyib.

“Bu gün biz çox mühüm sənədlər qəbul edəcəyik - bunlar 20 sazişdir ki, bu, mehriban qonşuluğumuzun və əməkdaşlığımızın gələcək inkişafına əlavə güclü təkan verəcək”, - Tokayev bildirib.

Putin, həmçinin qeyd edib ki, bugünkü danışıqlar nəticəsində bir sıra sənədlər, o cümlədən birgə bəyanat qəbul olunacaq.

O vurğulayıb ki, Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır: “Təkcə ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 28,5 milyard dollar (təxminən 3 trilyon rubl) təşkil edib”.