Rusiyada azərbaycanlı gənc toydan sonra qəfil öldü - Foto

rusiyada-azerbaycanli-genc-toydan-sonra-qefil-oldu
Oxunma sayı: 1105

Rusiyada Azərbaycan vətəndaşı qəfil vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sankt- Peterburq şəhərində baş verib.

Masallının Kolatan kənd sakini 35 yaşlı Elnur İsrail oğlu Əliyev orada keçirilən toy məclisindən sonra qəfil dünyasını dəyişib.

Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Mərhumun nəşi dünən Kolatan kəndinə gətirilərək dəfn edilib.