Rusiyada hərbi polisin binası uçdu - 2 ölü

rusiyada-herbi-polisin-binasi-ucdu
Oxunma sayı: 515

Rusiyanın Leninqrad vilayətində hərbi polisin binası uçub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Drozdenko açıqlayıb.

Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri araşdırılır.

Rusiyanın teleqram kanallarında isə insident zamanı 2 nəfərin həlak olduğu barədə məlumat yayılıb. Daha 4 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.