Rusiyanın Kabarda-Balkariya Respublikasından keçən qatarda məhbus konvoy əməkdaşına hücum edərək, onun xidməti silahını ələ keçirib. Hadisə nəticəsində bir Federal Penitensiar Xidmət əməkdaşı həlak olub, üç nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RBK hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə məhkum edilən şəxs Murtazovo stansiyası yaxınlığında tualetə aparılarkən əməkdaşa hücum edib və onun silahını ələ keçirib. Hücum edən şəxs daha sonra zərərsizləşdirilib.
Federal Penitensiar Xidmət hadisəni təsdiqləyib. Qurum məhbusların iğtişaş törətdiyi və vaqonda barrikada qurduğu barədə yayılan məlumatları təkzib edib. Mülki şəxslər arasında itki olmadığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər