Rusiyada “KFC” şəbəkəsinin bütün restoranlarının adı “Rostic’s” olaraq dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.
Belə ki, “Rostic’s” şəbəkəsinin sahibi “Yunirest” ölkə üzrə həmin prosesi tamamlayıb.
Ümumilikdə Rusiyanın 74 regionunda “Rostic’s” şəbəkəsinin 1303 restoranı mövcuddur.
Xatırladaq ki, “KFC” brendinin sahibi, ABŞ-nin “Yum! Brands” şirkəti 2022-ci ilin martında Rusiyada “KFC” restoranlar şəbəkəsinin, eləcə də “Pizza Hut” restoranlarının işini dayandırıb. Brendin sahibi Rusiya bazarını tərk etdikdə biznesini yerli şirkətə satıb.

Son xəbərlər
Son Xəbərlər