FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi

feto-ye-qarsi-novbeti-emeliyyat
Oxunma sayı: 616

Türkiyədə FETÖ-yə qarşı 42 vilayətdə həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 237 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, şübhəlilərdən 128-i həbs edilib, 61-nə isə məhkəmə nəzarəti tətbiq ediləcək.