İnternetdən normal istifadə etmək üçün ən az nə qədər sürət tələb olunması ilə bağlı suala birmənalı cavab vermək çətindir. Bu fərdlərin və təssrüfatların internet istehlakından birbaşa asılı olsa da yayım platformalarının bu prosesə təsriri daha çoxdur. Yəni dünya 720p-dən 4K-ya keçdikcə hər bir axın 10-20 dəfə daha çox ötürmə zolağı (bandwidth) tələb edir. Evdə 5 nəfər eyni vaxtda 4K HDR məzmun izləsə, bu 200 Mbit/s -ə qədər trafik yaradır. Standart 25 Mbit/s tarifinə qoşulmuş ev təsərrüfatı üçün bu, yetərsizdir.
Qrafik 1:

Qrafik 1-də təqdim olunan tendensiyalar fonunda şəbəkə performansını müəyyən edən əsas amillərdən biri də gecikmə (latency) göstəricisidir. Xüsusilə canlı yayımlar, onlayn oyunlar və digər interaktiv rəqəmsal xidmətlər üçün aşağı gecikmə sabit və keyfiyyətli istifadəçi təcrübəsinin əsas şərtlərindən biridir. İstifadəçi sayının və data istifadəsinin artdığı müasir dövrdə şəbəkələrin keyfiyyəti artıq yalnız sürətlə deyil, eyni zamanda gecikmənin effektiv idarə olunması ilə ölçülür.
Doğrudur, datanın sıxışdırılması (compression) texnologiyaları bu mövzuda effektiv olmağa çalışsa da, istifadəçi bazasının genişlənməsi, video keyfiyyətinin yüksəlməsi və rəqəmsal xidmətlərdən istifadənin artması nəticəsində ümumi trafik həcmi yüksəlməkdə davam edir.
Eyni vaxtda 5 istifadəçinin müxtəlif keyfiyyət formatlarında məzmun izləməsi üçün tələb olunan minimal axın sürətinə baxaq:
Cədvəl 2:

İKT üzrə ekspert Elvin Abbasovun fikirlərinə görə, mobil trafik həcmini artıran digər vacib amillər qısa video formatlarının sürətli yayılması, yükləmə trafikinin artması və trafik yaradan görünməz mexanizm hesab olunan “alqoritm effekti”dir: “Ənənəvi video axınında istifadəçi yalnız data (download) alır. Sosial şəbəkələrdə isə milyonlarla istifadəçi eyni zamanda həm izləyir, həm də məzmun yükləyir (upload). Bu ikitərəfli axın şəbəkəyə ikiqat yük yaradır. Hər gün 4,5 milyard Instagram Reels paylaşımı, 12 milyon YouTube Shorts yüklənir. Bir 15 saniyəlik “HD Reel” yüklənməsi 10–15 MB data istehlak edir. Bir influenser gündə 5 “Reel” yükləyirsə, bu yalnız yüklənmə üçün 75 MB-dır, izləmə trafiki isə bundan qat-qat artıqdır. Şəbəkə infrastrukturu bu ikitərəfli axını daşımaq üçün əvvəlkilərlə müqayisədə daha güclü olmalıdır, bu isə sürətli tarif paketlərini zəruri edir.
Sosial şəbəkə alqoritmləri passiv deyil. Onlar aktiv şəkildə daha çox video istehlakını stimullaşdırır. “TikTok”un “For You Page” alqoritmi istifadəçinin marağına uyğun videoları fasiləsiz olaraq önə çəkir. Bu “sonsuz karusel” effekti istifadəçinin platformada keçirdiyi vaxtı və dolayısı ilə istehlak etdiyi data həcmini dramatik şəkildə artırır.
“TikTok” istifadəçiləri gündə 186 dəqiqə həmin platformada vaxt keçirir. Bu nəsil yüksək keyfiyyətli, fasiləsiz, çox platformalı video istehlakı standartı ilə böyüyür. Onlar internet istifadəçisi kimi yetkinləşdikcə onların şəbəkədəki trafik yükü artmağa davam edəcək”.
Elvin Abbasov bildirib ki, istehlakçıların internetdən effektiv istifadə edə bilməsi üçün internet provayderləri daha yüksək sürətləri daha əlçatan etməlidir. Onun sözlərinə görə, mövcud sürət paketləri istifadəçilərin cari tələblərini tam qarşılamır.
Son xəbərlər
Son Xəbərlər