İngiltərənin “Liverpul” klubunun sabiq hücumçusu Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.
Məlumata görə, misirli futbolçunun xidmətində Milanın “İnter” klubu yaxından maraqlanır. Son İtaliya çempionunun rəhbərliyi Salahın transferini reallaşdırmaq məqsədilə artıq onunla danışıqlara başlayıb. Milan təmsilçisi ulduz oyunçunun hansı müqavilə şərtlərinə razı olacağını öyrənməyə çalışır.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyurdu. Bu yay isə 34 yaşlı futbolçu azad agent statusu alaraq İngiltərə klubundan ayrılıb.
Məlumat üçün bildirək ki, Salah “mersisaydlılar”ın heyətində çıxış etdiyi illər ərzində bütün turnirlərdə ümumilikdə 442 oyuna çıxaraq 257 qol və 123 qolun ötürməsi ilə yadda qalıb. O, “Liverpul” ilə birlikdə Çempionlar Liqası və iki Premyer Liqa çempionluğu da daxil olmaqla, ümumilikdə 8 titula sahib çıxıb.
Bundan başqa, o, karyerası ərzində “Bazel”, “Çelsi”, “Fiorentina” və “Roma” kimi klublarda da top qovub.
Son xəbərlər
Son Xəbərlər