Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO sammitində iştirak edəcək nümayəndə heyətinə daxil etməmək qərarı ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Hökumətin NATO sammitində iştirak edəcək Çexiya nümayəndə heyətinə rəhbərlik etməsinə icazə verməməsindən sonra Petr Pavel səlahiyyətlərinin əhatə dairəsi ilə bağlı Konstitusiya Məhkəməsinə apellyasiya şikayəti verib”, - məlumatda deyilir.
Çexiya lideri hökumətin bu qərarını görünməmiş addım və prezidentin konstitusion səlahiyyətlərinin məhdudlaşdırılması kimi qəbul edib.
İddia ərizəsində Pavel məhkəmədən beynəlxalq tədbirlərdə iştirakla bağlı prezidentlə Nazirlər Kabineti arasında səlahiyyət bölgüsünə aydınlıq gətirməsini və ya kabineti prezidentin bu cür sammitlərdə iştirakına maneə yaratmamağa məcbur etməsini xahiş edib.
Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər