Rusiyada qatarlar toqquşdu - Yaralılar var

rusiyada-qatarlar-toqqusdu
Oxunma sayı: 1647

Rusiyanın Ulyanovsk vilayətində 396 sərnişinin olduğu Adler-Perm qatarı manevr edən teplovozla toqquşub.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində ölən olmayıb.

Hadisə zamanı 25 sərnişinin xəsarət aldığı, onların yüngül qançırlarla xilas olduqları bildirilir.

Sərnişinlər arasında 94 uşağın olduğu qeyd edilib.