“Rusiyadan asılılıq strateji səhvdir”

rusiyadan-asililiq-strateji-sehvdir
Oxunma sayı: 2353

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Rusiyadan asılılığını strateji səhv adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Qriqoryan bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində danışıb. 

Onun sözlərinə görə, ölkəsi 1991-ci ildən bütün – siyasi, hərbi-siyasi, elmi və iqtisadi sahələrdə Rusiyadan tamamilə asılı vəziyyətdə olub: “Lakin bu strategiya 2020-ci ildə artıq “işlək” olmadı. Rusiya Ermənistana kömək etməmək barədə qərar qəbul edəndə və bizim təhlükəsizlik sistemimiz tamamilə çökəndə, Ermənistan özü üçün alternativlər axtarmağa başladı”.