Rusiyalı şahmatçılar beynəlxalq turnirdən uzaqlaşdırıldılar

rusiyali-sahmatcilar-beynelxalq-turnirden-uzaqlasdirildilar
Oxunma sayı: 3069

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç təşkilatın Rusiya Şahmat Federasiyasını (RŞF) üzvlükdən müvəqqəti olaraq kənarlaşdırması xəbərini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ ilə bağlı yekun qərar bir müddət sonra veriləcək.

Bundan əlavə, Dvorkoviçiz özü töhmət alıb. Bunun da səbəbi onun faktiki olaraq Rusiya Şahmat Federasiyasının Ali Şurasında iştirak etməsidir. Bu məsələni müzakirəyə Ukrayna Şahmat Federasiyasının rəhbərliyi çıxarıb.

“Qərardan şikayət veriləcək və RŞF məsələyə bu ilin sentyabrında FİDE-nin Baş Assambleyasında baxılmasında israrlıdır. Əlbəttə, assambleya bütün dünya şahmat hərəkatı üçün mühüm əhəmiyyət kəsb edən belə bir məsələni nəzərdən keçirməyə bilməz”, – deyə Dvorkoviç  qeyd edib.