İran ABŞ-yə yeni təkliflərini təqdim etdi

iran-abs-ye-yeni-tekliflerini-teqdim-etdi
Oxunma sayı: 476

“Təklifimizi təqdim etdik, top artıq ABŞ meydanındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi diplomatik təkliflə bağlı açıqlamasında deyib.

“İran təklifini Pakistana vasitəçi kimi təqdim edib. İndi top ABŞ-nin meydanındadır və o, münaqişəni davam etdirməyi, yoxsa diplomatiya yolunu seçməyi qərar verməlidir”, – deyə Qəribabadi qeyd edib.

O həmçinin İranın ABŞ-yə etibar etmədiyini vurğulayıb və ölkəsinin diplomatiya yolunda dürüstlüyünü qoruyacağını bildirib.