ABŞ bu ölkədən 5000 hərbçisini çıxarır

abs-bu-olkeden-5000-herbcisini-cixarir
Oxunma sayı: 815

ABŞ Müdafiə Nazirliyi 5000 hərbçini Almaniyadan çıxarmağı planlaşdırır.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ Prezidenti Donald Tramp ilə Almaniya Kansleri Fridrix Merts arasında İranla müharibə mövzusunda fikir ayrılığı fonunda qəbul edilib.

Pentaqonun nümayəndəsi Şon Parnell qoşunların çıxarılması barədə əmrin ABŞ-nin müharibə naziri Pit Heqset tərəfindən verildiyini bildirib.

“Biz qoşunların çıxarılmasının növbəti 6-12 ay ərzində başa çatdırılacağını gözləyirik”, - o deyib.

Qeyd edək ki, ötən ilin sonuna olan vəziyyətə görə, Almaniyadakı bazalarda 36 mindən çox ABŞ hərbçisi xidmət edir. Bu, Avropadakı ən böyük ABŞ kontingentidir.