Göygöldə toyda dava - İki qardaş bıçaqlandı

goygolde-toyda-dava
Oxunma sayı: 540

Göygöl rayonunda toyda dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun “Sərin” restoranında qeydə alınıb.

İlkin məlumata görə, dava zamanı 1999-cu il təvəllüdlü Vilayət Atakişili və qardaşı, 2005-ci il təvəllüdlü Şahəddin Atakişili bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev