“Otuz iki il idi ki, biz Ağdam üzünə həsrət idik. Şəxsən mən hər dəfə Sizinlə görüşəndə deyirdiniz ki, tələsmə, mərhələ-mərhələ o günə də gəlib çatacağıq. Mehriban xanım deyirdi o sözü. Doğrudan da şükürlər olsun bu günə ki, Siz onu həyata keçirə bildiniz”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ağdam sakini Maarif Hüseynov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında baş tutan görüşü zamanı deyib.
“Elə qüvvələrlə rastlaşırdınız ki, mən televizorun qabağında saatlarla ayaq üstə durub gözləyirdim ki, görüm nə cavab alınacaq. Ona elə cavab verirdiniz, mat olurdu. Ona elə cavab verirdiniz ki, o, Sizin sözünüzdən dönə bilmirdi, Sizə baş əyirdi. Bunların hamısı Azərbaycanın Milli Qurucusu Heydər Əliyevin təcrübəsi idi. Onun vəsiyyəti idi. O, Azərbaycanın yüksəksəviyyəli memarı idi. Hər dəfə onunla görüş keçirəndə mən elə bilirdim ki, dünya bizimdir. Elə bilirdim ki, həyat bizimdi. O hakimiyyətə gəlməsə idi, Azərbaycan yox idi. O, hakimiyyətə gələndən sonra biz dirçəldik. Biz ondan sonra hər yerdə tanındıq. Həm də dünyanın hər yanında deyirdilər ki, Azərbaycanı Heydər Əliyev tanıtmışdır. İndi isə Sizin mərdliyiniz, qoçaqlığınız, güclü rəhbərliyiniz hesabına, şəhidlərimizin, qazilərimizin gücü, müharibə veteranlarımızın səyi ilə biz işğal olunmuş torpaqlarımızı azad etdik”, - Ağdam sakini əlavə edib.
Son xəbərlər
Son Xəbərlər